Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” şüarı altında nazirliyin Abşeron rayonunda yerləşən "N” saylı hərbi hissəsində genişmiqyaslı əməliyyat - taktiki təlimi keçirilib.
Aktual.az xəbər verir ki, təlimə çoxsaylı şəxsi heyət, texnika cəlb olunub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatu və digər qonaqlar təlimi izləyiblər.
Təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.
Xəbər 330 dəfə oxunub.