Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə yanvarın 19-da Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 m) texniki dırmanış edib.
Bu barədə
Aktual.az-a FHN-dən xəbər verilib.
Bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.
Xəbər 57 dəfə oxunub.