Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi paytaxtın Suraxanı, Qaradağ, Binəqədi, Sabunçu, Nərimanov və Nəsimi Rayon İcra hakimiyyətlərində "2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirib.
Bu barədə
Aktual.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə FHN Bakı Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, eyni zamanda özünüidarəetmə orqanlarının rəhbər şəxsləri, aidiyyəti dövlət təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.
Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub və suallar cavablandırılıb.
Xəbər 55 dəfə oxunub.