FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO

FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2025-ci ilin hazırlıq planına uyğun olaraq "Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.
Nazirliyin Mətbuat xidmətindən Aktual.az-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə "xilas edilərək onlara ilkin yardım” göstərilib.
Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.





Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR