FHN-dən ana və uşağın öldüyü yanğınla bağlı - Məlumat

FHN-dən ana və uşağın öldüyü yanğınla bağlı   - Məlumat

Fövqəladə Hallar Nazirliyi Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Aktual.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Uğurbəyli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1992-ci il təvəllüdü Məmmədova Fidan Abil qızı və 2 aylıq körpəsi Məmmədova Dəniz Vüsal qızının yanmış cəsədləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Aktual.az

Xəbər 1936 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR