FHN-çilər intihara cəhd edən şəxsi xilas etdi

FHN-çilər intihara cəhd edən şəxsi xilas etdi

Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.
FHN-nin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Mövsüm Camal oğlu Bayramov tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.
Xəbər 116 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR