Nazirlik: Son aylarda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb

Nazirlik: Son aylarda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb

Son aylarda aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində ölkədə qızılca xəstəliyi qeydə alınmayıb.
Bu barədə Aktual.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
"Hazırda qızılcaya qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir", - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır: "Ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə olunur. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR