FHN Ağdamda ağacəkmə aksiyası keçirib

FHN Ağdamda ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdam şəhərində "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Regional Mərkəzin rəisi polkovnik Mirəli Feyziyev və Mərkəzin şəxsi heyətinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə aksiyası Ağdam Sənaye Parkı ərazisində təşkil olunub.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi olub.
Ağacəkmə aksiyası çərçivəsində Park ərazisində 100-dən artıq eldar şamı əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.



Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR