FHN 74 nəfəri dənizdə batmaqdan xilas edib

FHN 74 nəfəri dənizdə batmaqdan xilas edib

“Dənizdə ölüm halları daha çox qeyri-çimərlik ərazilərində qeydə alınır. Ötən gün 7 nəfər Şüvəlan qəsəbəsində Milqaya və Mayak adlanan yerdə silsilə qayalıqlar olan ərazidə batıb”

Aktual.az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilasetmə məntəqələri, xilasedicilər və təcili yardım olmadığı üçün batan şəxslərə kömək edilə bilmir.

“Küləkli hava şəraitində dənizdə çimmək olmaz. Ötən gün küləkli hava şəratində xilasedicilərimiz insanları sudan çıxarmaqda çətinlik çəkirdilər. İnsanlara xəbərdarlıq olunsa da, onlar təhlükəli yerlərə üz tuturlar. Sonda isə faciəvi hadisələr baş verir. Bizim nəzarətimizdə olan ərazilərdə bu günə qədər ölüm halı qeydə alınmayıb.

Dünən dəhşətli gün idi. Bu gecə səhərə qədər yatmamışıq. Səhər tezdən ən sonuncu meyiti tapıb, qohumlarına təhvil verdik”.

E.Həsənov vurğulayıb ki, çimərlik mövsümündə 74 nəfər dənizdə boğulmaqdan xilas edilib. Onların 23-ü uşaqdır: “Valideynlər çimərlikdə uşaqları nəzarətsiz buraxır. Valideyn məsuliyyətsizliyindən əziyyət çəkirik, onların səhvi ucbatından körpələri itiririk. Valideynlər uşaqlara nəzarət etməlidirlər. Vətəndaşları çimərlikdə diqqətli olmağa çağırıram”.

Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR