Bu gün namizədliyi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən irəli sürülmüş deputatlığa namizəd Fəzail İbrahimlinin Masallı rayonu Köhnə Alvadi kəndində seçicilərlə möhtəşəm görüşü baş tutub. Kənd ağsaqqallarının, rayon ziyalılarının, ictimai fəalların iştirakı ilə baş tutan görüşdə seçicilər deputatlığa namizəd Fəzail İbrahimlinin ötən 5 illik fəaliyyətindən razılıqlarını bildiriblər. Qeyd olunub ki, Fəzail İbrahimli bu vaxta qədər seçicilərinin haqq səsini yüksək tribunalardan səsləndirib və insanların problemlərinin həll edilməsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində çox böyük işlər görüb.
// Aktual.az