Feysbuk-un fəlakət xəbərdarlığı işə salınıb - FOTO

Feysbuk-un fəlakət xəbərdarlığı işə salınıb   - FOTO
  • DÜNYA

Fransanın paytaxtı Parisdə dünən gecə saatlarında törədilən 7 teraktdan sonra Feysbuk istifadəçiləri arasında fransalı "dost"ları olanlar "Dostunuz təhlükəsiz yerdədir" mesajlarını almağa başlayıblar.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, Feysbuk "Safety Check" adlı bu funksiyanı aprel ayında, Nepaldakı dəhşətli zəlzələdən dərhal sonra tətbiq etmişdi.

"Əslində, bu ideya 2011-ci ildə Yaponiyadakı sunamidən sonra yarandı. "Safety Check" fəlakətlər və bədbəxt hadisələr zamanı cəmiyyətə yardım vasitəsidir. Bu funksiya istifadəçiyə dostlarına və ailə üzvlərinə sağ-salamat olması barədə xəbər verməyin ən rahat yoludur", - Feysbuk-un sahibi Mark Zukerberq deyib.
Fəlakətin baş verdiyi məkanda olan Feysbuk istifadəçisi durumunun normal olduğunu bildirmək imkanı əldə edir.

İstifadəçi təhlükəli zonadadırsa, Feysbuk bu barədə həmin şəxsin dostlarına avtomatik xəbərdarlıq yollayır. Bütün xəbərdarlıqlara və dostların siyahısına isə Feysbuk-dakı bu səhifədə baxmaq olar.
Analoji sistem Google-da da var və Googlechr("39")s Person Finder adlanır.
Tvitter isə Parisdəki teraktlardan dərhal sonra #PorteOuverte heşteqi yaradıb.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR