Feysbuk-dakı rəyi bəyəndiyinə görə cərimələndi - Dünyada ilk dəfə

Feysbuk-dakı rəyi bəyəndiyinə görə cərimələndi - Dünyada ilk dəfə

İsveçrənin Sürix şəhərində Feysbuk istifadəçilərindən biri dünyada ilk dəfə tətbiq olunan cərimə ilə cəzalandırılıb.

Milli.Az "Sputniknews" a istinadla bildirir ki, istifadəçi Feysbuk-dakı rəyi bəyəndiyinə görə cərimələnib.

Məhkəmə təhqir dolu rəyi bəyənən istifadəçidən 3600 arvo cərimə ödəməsini tələb edib.

İsveçrədə heyvanların öldürülməsinə qarşı qurulan dərnəyin rəhbəri, heyvan haqları müdafiəçisi Ervin Kessler Feysbuk-dakı qrupların birində onu təhqir edən 10 nəfəri məhkəməyə verib.

Məhkəmə isə rəy yazanlardan əlavə, rəyi bəyənən şəxsi də cərimələyib. Beləliklə, İsveçrə şəxsi sosial şəbəkədəki bəyənməyə görə cərimələyən ilk ölkə olub.
 
Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR