Fəxri qara kəmər Putindən alındı

Fəxri qara kəmər Putindən alındı

Beynəlxalq Taekvondo Federasiyası Ukraynaya müdaxiləsinə görə Rusiya prezidenti Valdimir Putini fəxri qara kəmərdən məhrum edib.

Aktual.az qaynarinfo istinadla xəbər verir ki, qurumun bəyanatında bu sözlər yer alıb: "Vladimir Putinə 2013-cü ilin noyabrında verilmiş fəxri 9-cu dan qara kəməri ləğv edilsin". BTF Rusiyanın Ukraynaya təcavüzünü və insanların həyatı üçün təhlükə yaratmasını pislədiklərini qeyd edib. Təşkilat bu cür hərəkətlərin taekvondonun "Sülh zəfərdən qiymətlidir” prinsipinə zidd olduğunu, həmçinin "hörmət və tolerantlıq prinsipləri”ni pozduğu bildirilib.

Beynəlxalq Olimpiya Komitəsi ilə həmrəylik əlaməti olaraq dünya taekvondo yarışlarında "Rusiya və Belarusun pankart və himnlərindən” istifadə qadağan ediləcək və bu ölkələrdə keçirilən taekvondo yarışları tanınmayacaq.

Daha əvvəl Putin Beynəlxalq Cüdo Federasiyasının prezident postundan uzaqlaşdırılmışdı
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR