FETÖ lideri Gülən Misir televiziyasına müsahibə verib.
Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, Mursi hökumətinin devrilməsindən sonra Türkiyə ilə münasibətləri gərginləşən Misirin hərbi rəhbərliyi Ankaranın əleyhinə siyasətini davam etdirir.
Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra FETÖ liderini tez-tez gündəmə gətirən Misir bu dəfə ən çox izlənən kanallarından biri vasitəsi ilə Güləndən geniş müsahibə götürüb.
Misirin ən populyar kanallarından olan "Əl-Ğad" telekanalına müsahibə verən Gülən Ərdoğanın əleyhinə fikirlər səsləndirib.
Ərdoğanın artıq heç kimi saymadığını deyən Gülən Qərb ölkələrini Türkiyədəki hakimiyyəti tez bir zamanda devirməyə çağırıb.
Aktual.az