Fətullah Gülən çevrilişdən danışdı... -Bəyanat!

Fətullah Gülən çevrilişdən danışdı...  -Bəyanat!

Türkiyədə qiyam törətməkdə şübhəli bilinən Fəthullah Gülən hadisə ilə bağlı açıqlama verib.
 
Axar.az xəbər verir ki, “Frans-Press” agentliyinə danışan Gülən hərbi çevrilişi şiddətlə qınadığını dilə gətirib.
 
Musavat.com-un xəbərinə görə, çevriliş cəhdinə görə günahlandırılan Fəthullah Gülən tərəfdarları onlara qarşı irəli sürülən ittihamlara cavab veriblər. F.Gülənin tərəfdarlarından ibarət olan Jurnalistlər və Yazarlar Vəqfinin yaydığı açıqlamada deyilir
"Demokratiyaya ediləcək hər cür qiyamın qarşısındayıq. Bir müddətdən bəridir təxirə salınmış demokratiyamız, təəssüf ki, bir dəfə daha dərin bir yara alıb. Demokratiyalarda hökumətlər seçkiylə gələr, seçkiylə gedər. Əksi əsla düşünülə bilməz.
 
Olduqca "qəribə və maraqlı" hesab etdiyimiz bu qiyam cəhdi çox təəssüf ki üç ildən bəri yaşanan "cadugər ovu"na yeni bir ölçü gətirmək istəyənlər üçün tapılmaz bir fürsət verəcək.
 
Prezident Ərdoğanın və hökumət rəsmilərinin bu çevriliş cəhdinin daha ilk dəqiqələrindən etibarən hər zaman olduğu kimi xidmət hərəkatını günahlandırması bu əndişəmizi təsdiqləyir.
 
Jurnalistlər və Yazarlar Vəqfi olaraq bu zərbə cəhdini qəti bir şəkildə qınayır, demokratiyaya qəsd edəcək hər cür cəhdlərə qarşı olduğumuzu bir dəfə daha elan edirik".
 
Xatırladaq ki, bu gün gecə radələrində bir qrup hərbçi ölkədə hərbi çevrilişə cəhd edib. Yaranan qarşıdurmada azı 60 nəfər həlak olub.
//Aktual.az
Xəbər 11336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR