FETÖ-yə bağlı məktəblərdə yoxlamalar aparılacaq

FETÖ-yə bağlı məktəblərdə yoxlamalar aparılacaq
  • DÜNYA

"Türkiyənin Qazaxıstandakı qazax-türk özəl məktəblərində yaxın bir ay ərzində yoxlamalar aparılacaq".

Aktual.az  report-a istinadən bildirir ki, bunu Qazaxıstan Elm və Təhsil Nazirliyinin mətbuat katibi Ayqerim Alibekova deyib.

Onun sözlərinə görə, həmin məktəblərin ölkə qanunvericiliyinə uyğun fəaliyyəti təftiş ediləcək.

Məlumata görə, Türkiyə səfiri Nevzat Yanık bu il iyulun 29-da Astanada keçirdiyi mətbuat konfransında ölkəsindəki dövlət çevrilişinə cəhddən danışarkən qazax-türk liseylərinə qarşı təcili tədbirlərin görülməsini Qazaxıstan hakimiyyətindən istəmişdi.

Xəbərdə bildirilib ki, avqustun 5-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfərində prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında ölkəsindəki Fətullahçı terror təşkilatına (FETÖ) bağlı bütün məktəblərdə yoxlama aparılacağını bildirmişdi.

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR