FES rəhbəri axmaq və səriştəsizdir - Tramp

FES rəhbəri axmaq və səriştəsizdir - Tramp
  • DÜNYA

FES-də bir axmaq oturub. Bayden onu yenidən vəzifəyə gətirib. Bu, biabırçılıqdır.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp FES rəhbəri Cerom Pauellə bağlı açıqlamasında deyib.
"Pauell FES-in binasının təmirinə 4,1 milyard dollara qədər pul xərcləyib və bu, tikinti tarixində görünməmiş qiymətdir. Bu adam bacarıqsızdır, onunla bağlı ediləcək bir şey yoxdur. Çox səriştəsizdir, amma böyük ehtimalla onu məhkəməyə verəcəyik”, - Tramp bildirib.
Qeyd edək ki, FES rəhbəri Cerom Pauellin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır. Tramp yeni namizədin adını yanvar ayında açıqlayacağını bildirib.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR