“Ferrari” Formula-1-i tərk edə bilər

“Ferrari” Formula-1-i tərk edə bilər
  • İDMAN

"Ferrari” Formula-1 üzrə yarışları tərk edə bilər.

Aktual.az Apasport-a istinadən xəbər verir ki, bunu komanda rəhbərliyi açıqlayıb.
Onlar 2021-ci ildə yarışın reqlamentinə ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq, bu addımı atmaq niyyətindədirlər. 
Belə ki, seriyanın yeni sahibi olan "Liberty Media” və Formula-1 üçün mühərrik istehsalçıları komandalarını saxlamaq üçün xərcləri azaltmağa çalışır.
"Ferrari”nin prezidenti Sercio Markionne isə bu yeniliklə razı deyil: "Əgər brendə və bazardakı mövqeyimizə fayda verəcək şərtlər olmasa, biz Formula-1-də yarışlardan imtina edəcəyik. Bu turnir bizim qanımızdadır, amma özümüzü başqa cür apara bilmərik. Çünki buranı tanınmaz hala salırlarsa, Formula-1-də qalmayacağıq”.
Qeyd edək ki, noyabrın 7-də Formula-1 rəhbərliyi ilə strateji qrup arasında görüş olacaq. Burada büdcələrin məhdudlaşdırılmasına, idman və kommersiya sistemlərinə yenidən baxılacaq. 1950-ci ildən Formula-1-də çıxış edən "Ferrari”nin müqaviləsi isə 2020-ci ildə başa çatacaq. 
 
Aktual.az 
Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR