Onu Stoffel Vandorn əvəz edəcək.
Bu gün səhər Fernando Alonso saat yarım Bəhreyn Avtodromunun tibbi mərkəzində həkimlərin müayinəsindən keçib – həkimlər sürücünün iki həftə əvvəl Melburnda keçirdiyi ağır qəzanın fəsadlarının aradan qalxdğına əmin olmağa çalışıblar.
Aktual.az F-1.az istinadən xəbər verir ki, adətən, belə hallarda həkimlər təkrar insidentlərdən çəkinirlər.
Alonso təsdiq edib ki, özünü yaxşı hiss edir və trasa çıxmağa hazırdır, amma skanerlər müəyyən problemlər üzə çıxarıblar və həkimlər sürücünü yarışa buraxmayıblar.
Döş qəfəsinin iki dəfə skaner müayinəsnin müqayisəli təhlilindən sonra həkimlər təhlükəsizlik baxımından sürücünün həftəsonu sükan arxasına oturmasını qadağan ediblər. Çin Qran Prisindən əvvəl təkrar skaner müayinəsi keçiriləcək.
Alonsonu qarşıdakı günlərdə McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn əvəz edəcək – sürücü Formula1-də debüt edəcək.
Xatırladaq ki, keçən il Alonso həkimlərin təkidi ilə Avstraliya Qran Prisini buraxmalı olmuşdu və Kevin Maqnussen onu əvəz etmişdi.