Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış oldu - FOTO

Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış oldu   - FOTO

Formula-1 üzrə ikiqat dünya çempionu, hazırda "McLaren Honda" komandasının heyətində yarışan Fernando Alonso 2016-cı il Formula-1 Avropa Qran Prisinin rəsmi elçisi kimi bu gün Bakıya gəlib.

O, Bakıya səfəri çərçəvəsində avtomobil yarışının ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

F.Alonso Formula-1 yarış təqviminə ən son əlavə olunan Bakı Şəhər Halqasını əyani şəkildə müşahidə etmək üçün Azərbaycana səfər edən ilk Formula-1 pilotudur. Avropa Qran Prisi yarışına 100 gün qaldığı bir ərəfədə Bakıya səfər edən ispaniyalı pilot şəhərin mərkəzi küçələrindən keçəcək trekin inşası ilə əlaqədar birinci mərhələdə görülən işlərin nəticələri ilə, eyni zamanda bu yay baş tutacaq Formula-1 yarışınadək trekin tam hazır vəziyyətə gətirilməsi üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) apardığı gündəlik işlərin gedişatı ilə əyani şəkildə tanış olub.

Trekdə gəzinti zamanı F.Alonsoya tezliklə Bakının əzəmətli Hökumət evinin qarşısında Paddok və Pit yolu kimi fəaliyyətə başlayacaq ərazilərdə görülən hazırlıqlar, o cümlədən, ikimərtəbəli Pit binasının tikintisi ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verilib. "McLaren Honda" komandasının pilotu, həmçinin 2016-cı il Formula-1 Avropa Qran Prisinin "vizit kartı" hesab olunan F.Alonso İçərişəhər divarlarının ətrafından keçən trekin 8-11-ci döngələri əhatə edən 7,6 metrlik ensiz yoxuş hissəsi ilə tanış olub. İspaniyalı pilot daha sonra Bakının müdafiə məqsədilə tikilmiş qədim abidəsi olan Qız Qalasının ətrafından keçən və iki istiqamətli hərəkət hissəsindən ibarət olan 16-cı döngəyə baş çəkib. O, ən sonda şəhər halqasının Bakının gözəl mənzərəli Dənizkənarı Milli Parkı boyu uzanan və finiş xəttinə doğru avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttinə baxış keçirib.

Treklə tanışlıqdan əlavə, F.Alonso Bakıya səfərinin qalan müddətində şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlər zamanı yerli azarkeşləri ilə, Formula-1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə görüşəcək.

Fernando

Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR