Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı Olimpiya Kompleksində kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib.
Gənclər və yeniyetmələr arasında keçirilən yarışda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi Fərid Canbaxışlı bütün rəqiblərini məğlub edərək birinci yerə çıxıb.
Qeyd edək ki, Fərid Canbaxışlı Vətəninfo.az saytının rəhbəri, jurnalist Nahid Canbaxışlının oğludur.