Sabiq nazir birjalarda maxinasiya etməkdə ittiham olunur
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə cinayət işi açılıb. Bu barədə Politika.Az-a xaricdə yaşayan azərbaycanlılar məlumat veriblər.
Məlumatda vurğulanır ki, sabiq nazir birjalarda maliyyə maxinasiyaları etməkdə ittiham olunur. İddia edilir ki, Əliyev London Birjalarında bəzi şirkətlərin səhmlərini almaqla məşğul olurmuş. Bu zaman onun bəzi maxinasiyalar etdiyi, süni qiymət endirimləri və artımına yol açan hərəkətlər etdiyi üzə çıxıb.
Mənbələr Politika.Az-a bildiriblər ki, keçmiş nazirin bir neçə maxinasiyasının üstü açılıb. İlkin hesablamalara görə, Fərhad Əliyev bu maxinasiyalardan 20 milyon dollara qədər pul qazanıb. Həmin pulun bir qismini isə vergidən gizlədib. Elə işin üstü də bu zaman açılıb.
London Vergi Müfəttişliyi məsələni araşdırdıqdan sonra məlum olub ki, sabiq nazir 20 milyon dollarlıq qazancının böyük qismini vergidən yayındırıb. Həmçinin bu pulları qanunda nəzərdə tutulmamız yolla əldə edib.
Məlumatlara görə, qaldırılmış cinayət işi üzrə Fərhad Əliyev təqsirli bilinərsə, ona ən azı 5 il həbs cəzası veriləcək.
// Aktual.az