Fərdi evlərin və tikililərin sahiblərinə çıxarışların verilməsinə torpaq sahələrinin inventarizasiyasından və onların kadastr xəritəsinə daxil edilməsindən sonra başlanacaq.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.
Onun sözlərinə görə, sənədlər torpaq sahələrinin təyinatından və tikililərin yerləşməsindən asılı olaraq rəsmiləşdiriləcək.