Yumor ustası Fərda Xudaverdiyev əməliyyat olunacaq.
Aktual.az-ın axşam.az-a istinadən məlumatına görə, aktyor bu haqda “ATV maqazin onlarla” verilişində deyib.
O bildirib ki, səs telində şiş (düyün) aşkarlanıb:
“Azərbaycanda ən böyük problem səhnədə mikrofonda problem yaranmasıdır. Çıxışların birində mikrofonda problem yarandı, əsəbiləşib kənara qoyub, onsuz çıxış etdim. Sonra həkimə gedəndə, belə problem yarandığını bildirdi. Hazırda əlimdə olan filmi təhvil verib, 1 həftəyə əməliyyat olunacam. 20 gün danışmaq olmaz”.
Aktual.az