"Fənərbağça" azarkeşlərinin təxribat planı baş tutmadı

  • İDMAN

Türkiyənin "Fənərbağça” komandasının azarkeşləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl İngiltərənin "Nottinqem Forest” klubunun tərəfdarlarını psixoloji təzyiq altında saxlamağa cəhd ediblər.
Aktual.az teleqraf-a istinadən xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma öncəsi "Şükrü Saracoğlu” stadionunda toplaşan yerli fanatlar İngiltərə klubunun keçmiş baş məşqçisi Şon Dayç və əzəli rəqibi "Bornmut”un loqosuna işarə edən bannerlər və şüarlarla rəqibi sarsıtmağa çalışıblar.
Lakin bu təxribat xarakterli hərəkətlər meydanda tam əks effekt verib. Şon Dayçın istefasından cəmi dörd gün sonra baş məşqçi postuna gətirilən Vitor Pereyra "Nottinqem Forest”in "sükanı arxasında” uğurlu debüt edib. Onun rəhbərliyi altında "meşəbəyilər” İngiltərəyə 3:0 hesablı darmadağınla qayıdıb.
Bu, həm də "Nottinqem Forest”in üç oyunluq qələbəsizlik seriyasına son qoyub.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 26-da keçiriləcək.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR