Türkiyənin "Fənərbağça" klubu futbolçusu Arda Güleri İspaniya "Real Madrid"inə satıb.
Aktual.az xəbər verir ki, İstanbul təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin transferi üçün "kral klubu" ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.
İddiaya görə, madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək. Bundan başqa, "bülbüllər" futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Gənclərbirliyi" komandasının yetirməsi olan Arda Güler 2019-cu ildən "Fənərbağça"da çıxış edirdi.
Xəbər 241 dəfə oxunub.