İsrail Müdafiə Ordusu (ÇAXAL) on minlərlə fələstinliyə Ramazan bayramında İsrailə getməyi qadağan edib.
Aktual.az report-a istinadən bildirir ki, ÇAXAL-ın ərazidəki fəaliyyət koordinatoru general-mayor Yoav (Poli) Mordexay 83 min fələstinlinin Ramazan bayramında İsrailə getmək üçün icazəsini ləğv etməyi əmr edib.
General Mordexayın əmri iyunun 9-na keçən gecə Tel-Əvivdəki ÇAXAL qərargahında təhlükəsizlik sistemi rəhbərlərinin xüsusi iclasında səsləndirilib.
Xatırladaq ki, ötən gecə Tel-Əvivdə terror aktı baş verib. Silahlı şəxslərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.