Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
29 fevral-1 mart 2016-cı il tarixində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək.
Səfər çərçivəsində Federika Mogerininin 29 fevral 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.