Millət vəkili Fazil Mustafa yenidən deputatlığıa namizədliyini irəli sürüb.
Aktual.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan F. Mustafa qeyd edib ki, Milli Məclisə seçkilərdə namizədliyi Böyük Quruluş Partiyası tərəfindən yenidən 26 saylı Sabunçu 1-ci seçki dairəsindən (Bakıxanov qəsəbəsi) irəli sürülüb.
“Bu seçkilərdə bizi dəstəkləyən, dualarını bizlərdən əsirgəməyən hər kəsə öncədən təşəkkürümü bildirirəm. Allah bizləri insanlara xidmət etməkdən, cəmiyyətimiz üçün faydalı işlər görməkdən məhrum etməsin”.
Qeyd edək ki, hazırda F. Mustafa həmin dairə üzrə parlamentdə deputatdır.