Fatih Terim 21 nəfəri məhkəməyə verdi

Fatih Terim 21 nəfəri məhkəməyə verdi

Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə ailəsini təhqir edən 21 nəfəri məhkəmyə verib.
 
Fatih Terim və ailəsi vəkilləri Rza Epözdəmirin vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edib. Onlar müraciətdə təhqir edən şəxslərin cəzalandırılmasını tələb edib.
 
Qeyd edək ki, İspaniya - Türkiyə (3:0) matçından sonra Fatih Terimin qızı - Buse Terimi bəzi azarkeşlər "instagram" və "twitter" sosial şəbəklərində ağır şəkildə söymüşdülər.(qafqazinfo.az)
Xəbər 779 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR