Fars körfəzi ərəb ölkələrinin əməkdaşlığı Şurasının üzvü (FKƏÖƏŞ) olan ölkələr İranın düşmən hərəkətlərinə yol verdiyi halda əlavə tədbirlər görmək niyyətindədirlər.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, fars körfəzi ölkələri həmçinin Ər-Riyadı İranla qarşıdurmasındakı fəaliyyətində dəstəklədilər.
“FKƏÖƏŞ-ə daxil olan ölkələr bu düşmən hərəkətlərinə qarşı durmaq üçün müvafiq əlavə tədbirlər görəcəklər”, - təşkilatın Baş katib Əbdel Lətif əz-Zayani tərəfindən səsləndirilmiş bəyanatında deyilir. (oxu.az)
Aktual.az