Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
Aktual.az xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.
Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.
F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.
Xəbər 932 dəfə oxunub.