Sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.