Ölkə ərazisinin bəzi yerlərində noyabrın 5-i saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti davam edir.
Aktual.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edillib ki, şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/-ə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında 20 m/s , eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir.
Bu isə sarı xəbərdarlıq deməkdir.
Xəbər 158 dəfə oxunub.