Faktiki hava: bu ərazilərə yağış yağıb

Faktiki hava: bu ərazilərə yağış yağıb

Sentyabrın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Aktual.az-a verilən məlumata görə, səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.
Şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR