Feysbukda yeni xidmət istifadəyə verilib.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, feysbukun təqdim etdiyi bu xidmət sayəsində internet olmayan və ya sürətin zəif olduğu yerlərdə də sosial şəbəkədə şərh etmək və fikir yürütmək mümkün olacaq.
Qeyd edək ki, internet olmayan zaman edilən şərhlər və paylaşılan statuslar şəbəkə ilə əlaqə yarananda yayımlanacaq.