Milli.az "DHA"ya istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində əri tərəfindən döyülən 29 yaşlı Fatma Sarıaslan bədənindəki ləkələrin şəklini sosial şəbəkədə paylaşdıqdan sonra dərman qəbul edərək intihar edib.
O, sosial şəbəkədə fotoları paylaşıb, qeyd olaraq yazıb:
"Bəlkə, hər kəs bu boşanmada məni günahlandıracaq. Amma H.-nin dayısı və qızı məni döyərkən o qollarımı tutub məni təhdid etdi. "Pilləkələrdən yıxılmışam deyəcəksən", "Əgər şikayət etsən, boşayaram səni", - dedi. Bu gündən sonra H. deyilən şəxs nə oğlumun, nə də mənim həyatımda yoxdur. Artıq bu mövzu haqqında danışmaq istəmirəm. Şərh etmək sizin işinizdir".