Facebookdan jurnalistlərə böyük jest

Facebookdan jurnalistlərə böyük jest

Feysbuk şirkəti jurnalistlər və KİV nümayəndələri üçün informasiya axtarışı sistemi yaradıb.

Aktual.az  Axar.az-a istinadən xəbər verir ki, “Signal” adlanan yeni layihə Feysbuk və İnstaqram servislərində xəbərləri və

populyar mövzuları izləməyə imkan verir.   Feysbukun xəbərlər və qlobal media bölməsinin rəhbəri Endi Mitçelin sözlərinə görə, söhbət sosial şəbəkələrdən əldə edilən informasiyadan gedir:   “Məqsədimiz Feysbuk şəbəkəsinin

miqyasını və oradakı informasiyanın əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin belə materiallardan istifadəsini asanlaşdırmaqdır”.    KİV nümayəndələrinə yeni sistemdən istifadəyə icazə müraciət əsasında verilir. Siqnal sistemi

sayəsində jurnalistlər Feysbuk və İnstaqramda dərc edilən şərh, fotoşəkil və videomateriallardan real vaxt rejimində istifadə edə biləcəklər.

Xəbər 970 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR