"Facebook"dan daha bir yenilik


“Facebook” da yeni dövr başlayır.

Aktual.az anspress-ə istinadən xəbər verir ki, yaxın günlərdə sosial şəbəkədə "öz-özünü təmizləyən” mesaj dövrünə start veriləcək. Bundan sonra istifadəçilər göndərdikləri mesajların bir müddət sonra silinməsini təmin edə biləcəklər.

Son zamanlar sosial şəbəkələrin və mesajlaşma proqramlarının istifadəçi gizliliyinə, təhlükəsizliyinə xüsusi önəm verdiyininin şahidi oluruq. “Facebook”un sahib olduğu “WhatsApp”ın təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra indi də sosial şəbəkə bu addımı atıb.

Şirkətdən verilən məlumata görə, tezliklə istifadəyə veriləcək yeni tətbiq sayəsində istifadəçilərin yazdığı mesajlar bir müddət sonra onların istəyindən aslı olaraq silinəcək. Belə ki, proqram istifadəçiləri mesajların silinməsi üçün gün, ay, il seçə biləcəklər.

Mesajlarının silinməməsini istəməyən insanlar bu funksiyadan istifadə etməyə bilər. Bununla bərabər “Facebook” mesencerin “gizli söhbət” tətbiqini də istifadəyə verməsi gözlənilir. Hələki iOs sistemlərdə mövcud olan bu yenilik tezliklə Androidlərdə də tətbiq ediləcək.

Ötən ay “WhatsApp” göndərilən bütün mesajları, şəkilləri, səs yazmaları şifrələyib. Belə ki, göndərdiyiniz ismarışlar heç bir üçüncü şəxs tərəfindən sındırıla bilməyəcək. Hətta şirkətin özü belə göndərdiyiniz mesajları görmək imkanlarına sahib olmayacaq.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR