Ən populyar sosial şəbəkələrdən biri olan "Facebook"a yeni virus düşüb.
Aktual.az lent.az-a istinadən bildirir ki, hazırda müəyyən edilib ki, bu virus link keçidləri və istifadəçiyə onun hər hansı şəkildə qeyd olunduğu ilə bağlı gələn bildirişlərlə yayıla bilir.
Keçid və videoyazı işə salındıqdan sonra brauzer yenilənmə aparır və bu zaman "Facebook" akkauntu virusun yayılması üçün yeni vasitə yaradır.
Hazırda müəyyən edilib ki, ziyanverici proqram ancaq "Chrome" brauzeri vasitəsilə yayılır. Problemi tam həll etmək üçün isə bu brauzeri pozub yenidən yükləmək lazımdır və "Facebook" bildirişlərinin sərbəst şəkildə gəlməsi məhdudlaşdırılmalıdır.