Facebookda sevgili tapmağın 10 QAYDASI

Facebookda sevgili tapmağın 10 QAYDASI

Kulis.az Facebookda sevgili tapmağın 10 qaydasını təqdim edir.

 

1. Orijinal olmaq

 

Image result for aşk yaşamak

 

"Salam, olar tanış olaq?” dövrü artıq keçib. Çoxdan üstünü toz basıb. Siz hələ də elə yazırsınız? Orijinal olmaq lazımdır. Facebookda baxmısınız profilinə, xoşunuza gəlib. İlk mesajı yazmaqda çətinlik çəkirsiniz. Qəfil onu gözlənilməz bir mesajla çaşdırın. Orijinallığınız yoxdursa, sizə çətin olacaq.

 

2. Araşdırmaq

 

Image result for aşk yaşamak

 

Profilini görən kimi yazmayın. "Nə gözəlsən”, "Adam sənə baxanda heyran olur” kimi cümlələr də sizi blok həbsxanasına düşməyə gətirib çıxara bilər. Profilini araşdırın, görün nələrlə maraqlanır, zövqləri nədir, hansı kitabları oxuyur, hansı filmlərə baxır, kimdir, nəçidir. Ondan sonra mesajı beyninizdə qurun. Səbr, səbr, səbr...

 

3. Səmimilik

 

Image result for duyğusal aşk

 

Qətiyyən olmaz! Dozasını çox eləmək faciəyə gətirib çıxarar. Onunla təzəcə yazışırsınız və qəfil guya zarafatla yazırsınız: "Sənnən uşaqlarım olsun istəyirəm”.

 

4. Bayağılıq

 

Image result for duyğusal aşk

 

Bu da lazımdır. Amma öz qaydasında. Şitini çıxarmadan. Standart olmaqdan qorxmamaq gərək. Orjinallığı da yerində işlətməlisiniz. Onunla söhbət edərkən yunan mifologiyasına göndərmələr etməyiniz yaxşı olmaz. Mümkün olduqca kütləyə hesablanan danışıqlar aparın.

 

5. Bezdirməmək

 

Image result for aşk

 

Bir mesaj atdın, gördünüz cavab yazmır, gözləyin. Hara tələsirsiniz? Günlər çuvala girməyib ki! Eybi yox, sabah cavab yazar. Gözləməyi bacarmaq qələbənin yarısıdır...

 

6. Hisslərini büruzə vermək

 

Image result for aşk

 

Qətiyyən yolverilməzdir. Onsuz da sizin ona yazdığınızı görür, hislərinizdən xəbəri var deməkdir. Bunu ulu-orta deməyə ehtiyac yoxdur. Soyuya bilər sizdən, "yalnız dost ola bilərik” deyər və beləcə hər şey bitər...

 

7. Cavab verənə yazmaq

 

 

Profili araşdırırsınız, sizə uyğundursa, xoşunuza gəldisə və zövqləriniz üst-üstə düşdüsə, o zaman yazın. Cavab verməyənin vaxtını almayın. Deməli, bu sizlik deyil. Cavab verənlə davam edin...

 

8. Nəzakət

 

Image result for facebookda aşk

 

Qızıl qaydadır. Təkcə sosial şəbəkədə deyil, realda da. Əlinizdən gəldikcə xoş sözlər deyin, mübahisələr yaratmayın. Xoşuna gələnlə mübahisə etmək onu "əlvida” sözünə bənzədəcək...

 

9. Xoşagəlməz təkliflər

 

Image result for aşk

 

İlk dəfə tanış olduğunuza bunu yazmaq olmaz. Vəziyyət ağır olar. Zarafatlar edib güldürə bilərsiniz, film ata bilərsiniz, ya da bir şeir. Ən gözəli şeirdir. Şeir bütün qapıları açır.

 

10. Pozitivlik

 

Image result for aşk

 

Neqativ ötürməyin. Köhnə sevgilinizlə başınıza gələnlər ona lazım deyil. "Həyatım qaranlıqdır” kimi cümlələrdən qaçın. Düşünün ki, qarşı tərəf onu qaranlıqlardan işığa daşıyacaq adamı axtarır.

 

Xəbər 3639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR