"Facebook"da intihar edəcəyini yazıb, özünü asdı


Quba rayon sakini intihar edib.

Aktual.az  APA-ya istinadən bildirir ki, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri məlum deyil.
 
İntihar etməzdən öncə o bu barədə "Facebook" səhifəsində yazıb.
 
Uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.
 
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR