"Facebook" insanların şəxsi məlumatlarının gizli saxlanıldığı platformaya çevriləcək


"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq özünün bloq yazısında bildirib ki, bu şəbəkə insanların şəxsi məlumatlarının gizli saxlanıldığı platformaya çevriləcək. O qeyd edib ki, istifadəçilər yazışmaları daha məxfi şəraitdə aparmaq istəyirlər və yeni platformada bu istiqamətdə ciddi dəyişikliklər olacaq.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, Zukerberq son 15 ildə "Facebook" və "Instagram"ın insanlara yeni dostlar tapmağa və münasibətlər qurmağa imkan verdiyini deyib. Onun sözlərinə görə, artıq istifadəçilər şəbəkədəki dostları ilə ünsiyyəti gizlilik şəraitində davam etdirməyi arzu edirlər və bu məqsədlə "inbox" bölməsinin rəqəmsal versiyasında məxfi bir kabinə yaradılacaq. Eyni zamanda, fotoşəkillərin və məlumatların daha etibarlı qorunması üçün əlavə tədbirlər görüləcək. Şəxsi həyatın və ifadə azadlığının müdafiəsi kimi əsas insan haqları məsələsində şifrli bildiriş göndərmə və məlumatları yükləmə sistemi təkmilləşdiriləcək. "Başa düşürəm ki, yeni xidmətlərin istifadəyə verilməsi bəzi ölkələrdə sosial şəbəkəmizin qadağan edilməsi, bəzilərində isə açılması ilə nəticələnə bilər. Lakin biz buna hazırıq", -deyə Zukerberq əlavə edib. O qeyd edib ki, şifrli xəbərlər göndərilməsini haqqının internetdə ödənilməsi və biznes məqsədləri üçün yeni iş modellərinin də yaradılması nəzərdə tutulur.

 

Xatırladaq ki, son illər dünyanın ən böyük sosial media platformalarından biri olan "Facebook"a qarşı istifadəçilərin şəxsi məlumatlarının şirkətlərə satılması, bu sosial media platformasını telefonlarına yükləyənlərin danışıqlarının dinlənilməsi və bildirişlərin ələ keçirilmişi ittihamları irəli sürülüb. Məlumatlara görə, ötən il bu sosial şəbəkənin saytına ən az bir dəfə girən istifadəçilərin sayı 9 dəfə artaraq 2,32 milyard nəfərə çatıb.

Xəbər 1037 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR