Adı eynilik təşkil edib
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, San-Fransisko sakini Aysis Anşali (Isis Anchalee) "Facebook" sosial şəbəkəsi tərəfindən bloka salınıb.
Şirkət xanımın adının İŞİD terror təşkilatının adı (ISIS) ilə oxşar olduğuna görə terrorçu olduğunu zənn edib.
İŞİD 2004-cü ildə “Tövhid və Cihad” adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda yaradılıb. Sonradan Üsamə bin Laden rəhbərliyindəki “əl Qaidə” terror şəbəkəsinə qoşulan təşkilat adını da “Mezopotamiyada əl Qaidə” kimi dəyişdirib.
Mövcud Suriya müxalifəti iddia edir ki, ölkədəki inqlabı zərərsizləşdirmək üçün İŞİD rəsmi Dəməşq tərəfindən dəstəklənir. Həmçinin Bəəs rejiminin müxaliflərin olduğu bölgələrə barrel bombası atdığı, İŞİD nəzarətində olan bölgələrdə analoji addımı atmadığı da iddia olunur.
Qeyd edək ki, islamçı olduqlarını iddia edən İŞİD şəbəkəsi bölgədə sadəcə müsəlmanlar və müsəlman ölkələr üçün təhlükə mənbəyidir.