Fabrikdə partlayış - 7 ölü, 3 yaralı

Fabrikdə partlayış - 7 ölü, 3 yaralı

İtaliyanın Modunyo şəhəri yaxınlığında yerləşən “Brusella” pirotexnika istehsalı fabrikində silsilə partlayışlar baş verib. 



Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident nəəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 



Partlayış nəticəsində güclü yanğın olub, az sonra daha bir neçə partlayış baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və xilasedicilər cəlb olunub.



“Assoşieyted Press” hadisə nəticəsində 7 nəfərin öldüyünü bildirib. 

Xəbər 937 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR