Qərb ölkələri tərəfindən Ukraynaya verilən F-16 təyyarələrinin köhnə modelləri Rusiyanın müasir qırıcıları ilə rəqabətə tab gətirə bilməyəcək.
Aktual.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Qordon Devis deyib.
"Bu təyyarələrdə ən müasir sistemləri quraşdırsanız belə, onlar yenə də ən yaxşı rus qırıcılarından üstün ola bilməyəcəklər. F-16-nın əsas çatışmazlıqlarına onun məhdud uçuş məsafəsi və hava hücumundan müdafiə vasitələrinə qarşı həssaslığı daxildir”, - Devis bildirib.
Xəbər 252 dəfə oxunub.