Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir.
Aktual.az immunitet.az-a istinadən bildirir ki, bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur. Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır.
Sərpmələr hündürlükdən düzgün tullanmadıqda, ağırlıq qaldıran zaman oynaq bağlarında baş verən patologiyadır. Bu zaman zədələnmiş oynaqda ağrılar olur, şiş əmələ gəlir, oynağın hərəkəti məhdudlaşır. Belə hallarda ilk tibbi yardın zədələnmiş nahiyəyə buz qoymaqdan ibarətdir. Sərpmələr zamanı zədələnmiş oynağın rahatlığını təmin etmək üçün bir müddət hərəkətsizliyi təmin olunur.