Eynək istifadə edənlərin ortaq bir problemi var, o da şüşələrinin buxarlanması. Soyuq yerdən isti bir yerə keçən zaman eynək şüşələri buxarlanır və bir də insanlara sosial ortamda narahatlıq yaradır.
Bəs bu duruma qarşı nə etməli?
Aktual.az lent.az-a istinadən bildirir ki, bu problemin həlli üçün satışda bir çox spreylər satılır. Ancaq bu məhsulları almadan əvvəl evinizdə təqdim edilən bu praktik üsulu dəyərləndirin.
Belə ki, eynək şüşələrinə qatı bir sabun sürtün. Ardından eynək təmizləmə parçası ilə silin. Bu üsul eynək şüşələrinin buxarlanmasının qarşısını alacaq.
Aktual.az
Xəbər 852 dəfə oxunub.