Parisin rəmzi sayılan Eyfel qülləsi turistlərin üzünə bağlanıb.
Aktual.az bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Qüllənin bağlanmasının səbəbi isə Fransada əmək qanunvericiliyində islahatlara qarşı keçirilən tətillərdir.
Belə ki, Eyfel qülləsinin operator şirkətinin əməkdaşlarının bir qismi də tətillərdə iştirak etməyi qərara alıb.