"Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir".
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.
Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.
"Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var", - deyə Çexiya prezident qeyd edib.
Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.